Çin parlamentinin qəbul etdiyi yeni qanuna görə, Qərbin müxtəlif sanksiyaları ilə üzləşən yerli şirkətlərin maraqları həm ölkə daxilində, həm də ölkə xaricində qorunacaq. Yeni qanun Pekinin ölkənin suverenliyinə və təhlükəsizliyinə artan diqqətindən xəbər verir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, yeni qanun Çində fəaliyyət göstərən xarici şirkətlərə müəyyən çətinliklər yaradacaq:
"Həmin şirkətlər vaxtilə Asiya bazarında yer tutmaq və ucuz işçi qüvvəsindən istifadə etmək üçün Çində müəssisələrini açmışdılar. Yeni qanunla Pekin Çində fəaliyyət göstərən xarici şirkətlər və satdıqları məhsullar üzərində nəzarəti gücləndirəcək. Bu Pekinlə Çində fəaliyyət göstərən xarici şirkətlər arasında gərginlik yaradacaq. Xarici şirkətlər Çin Kommunist partiyasının direktivləri əsasında fəaliyyət göstərmək istəmirlər. Xarici şirkətlər Çin parlamentinin yeni qanuna tabe olsalar, öz ölkələrində problemlərlə üzləşəcəklər. Oksford Universitetinin professoru Corc Maqnasın fikrincə, Qərb ölkələri Çin parlamentinin yeni qanununu Pekinin aqressiv diplomatiyasının tərkib hissəsi kimi qiymətləndiriblər".
Mehman Mehdiyev