Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərəb investorlarının Azərbaycana marağı arta bilər -ÖZƏL

Ərəb investorlarının Azərbaycana marağı arta bilər


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), TotalEnergies və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Abşeron qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb.

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eıldəniz Əmirov sözügedən saziş barədə danışarkən deyib ki, proseslər (satınalma) tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və TotalEnergies isə hər biri 35%-ə sahib olacaqlar:

“Bu həm də ADNOC üçün xarici ölkədə belə sahəyə ilk investiya yatırımıdır”.

İqtisadçı deyib ki, hər bir ölkənin həm neft, həm də qeyri-neft sektoruna investiya cəlbinə ciddi ehtiyacı vardır:

“ADNOC-un bu gəlişi öz ardınca Azərbaycanda digər sahələrə də öz təsirini göstərə və yeni ərəb investorlarının Azərbaycana marağını artıra bilər. Yeri gəlmişkən bu yatağın ehtiyatlarının bu gün deyiləndən (360 mlrd m3) çox olacağı şübhəsizdir. Vaxt vardı Şahdənizdə 500 milyard m3 deyilirdi. Hasilat başlanandan son proqnoz 2 dəfədən çox artırıldı. 1,2 trilyon m3 qaz və 240 milyon ton kondensat olduğu təsdiqləndi. Odur ki, "Abşeron"da da surpriz qaçılmazdır”.

Natiq Orucov
Xəbəri paylaş