Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məğlub Ermənistan heç vaxt sülhə getməyəcək -ÖZƏL

Məğlub Ermənistan heç vaxt sülhə getməyəcək


"Rusiya həmişəki kimi öz ampluasındadır. Rusiyadan bundan artıq konstruktiv fikir gözləməyin özü sadəlövhlük olardı. Əslində buna görə Rusiyaya təşəkkür düşür. Çünki sülh gözləntilərinin boş xəyal olduğu gerçəyini hamıya başa salır".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Rusiya XİN-nin Azərbaycan və Ermənistanın sülhə hazır olmaması barədə açıqlamasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, məğlub Ermənistan heç vaxt sülhə getməyəcək:

"Azərbaycan və Ermənistanın sülh şəraitində yaşaması məntiqə ziddir. Arada ancaq qorxu olmalıdır. Bu, sülhü yox, sakitliyi təmin edəcək. Ermənistan Azərbaycanın gücündən həmişə qorxmalıdır ki. təxribata risk etməsin. Hər təxribat onlara böyük itkilər hesabına başa gəlməlidir ki, gözləri qorxsun. Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edib öz işinə baxmalıdır. Regionun gələcəyi, stabilliyi qoy başqalarını maraqlandırsın".

Politoloq qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizini xoşluqla açmasa, öhdəsinə götürdüyü vəzifəni yerinə yetirilmədiyi üçün Azərbaycan özü bunu etməlidir.

Anar Əliyev
Xəbəri paylaş