"Bu kimi hallar insanların heysiyyatına və aşağlanmasına xidmət edən addımlardır. Təəssüf ki, bu kimi ölkələrdə mənəvi, mədəni dəyərlər, insani keyfiyyətlər yox olub gedib".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Avropanın bir sıra ölkələrində Qurani-Kərimin yandırılmasına münasibət bildirərkən səsləndirib. Çingiz Şahbazi bildirib ki, onlar üçün bundan sonra daha da böyük fəsadlar sıradadır:
"Bütün bu addımlar həmin dövləti terrora sürükləyir və ölkənin böyük şəhərləri təhlükə altına düşür və günahsız insanların həyatı risk altına girir"-deyə, Çingiz Şahbazi vurğulayıb.
Anar Əliyev