Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəxsiyyət pozuntusu nədir və hansı səbəblərdən ortaya çıxır? -ÖZƏL

Şəxsiyyət pozuntusu nədir və hansı səbəblərdən ortaya çıxır?


Gündəlik həyatımızda son illərdə tez-tez rastlaşdığımız ifadələrdən biri də şəxsiyyət pozuntusudur. Bəs, şəxsiyyət pozuntusu nə deməkdir?

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyir ki, müəyyən şəxsiyyət xüsusiyyətlərinin çox qatı və elastik olmaması bu pozuntuya səbəb olur:

"Şəxsiyyət pozuntusu olan insanlar fərqli yanaşmaya sahib olurlar. Bu tip insanlar ,nevrotik pozuntu və qeyri-adekvat danranışı olan insanlardan fərqli olaraq problem yaşadıqlarının fərqinə varmirlar. Nəyəsə nəzarət etdiklərini düşünmürlər. Özlərində problem olmadığını düşündükləri üçün terapiyaya ehtiyac duymurlar".

Psixoloq deyir ki, şəxsiyyət pozuntusunun səbəbləri müxtəlifdir:

"Şəxsiyyət pozuntularına genetik və sosial faktorlar təsir göstərir. Bu pozuntunun əsas səbəbi bilinməsə də, bəzi faktorlarin təsiri olduğu düşünülür. *Ailədə şəxsiyyət pozuntusu və ya diğer psixi xəstəlik anamnezi varsa, bu problem meydana çıxır".

Anar Əliyev
Xəbəri paylaş