Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 kvadratmetr olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, bir ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 kubmetr olan yanacaq çəninin içərisindəki yanacaq yanıb.
Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mehman Mehdiyev