Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Muradov istirahətə gedib?

Fuad Muradov istirahətə gedib?


"Dünya erməniləri fəal olduğu dövrdə bizim diasporanın rəhbəri istirahətə gedib. Fuad müəllim işin "razqar" vaxtında niyə istirahətə gedib, bilən varmı? Kimsə izah edə bilərmi mənə hazırda sərhəddimizdə bizə qarşı həyata keçirilən təxribatlar, qurulan tamaşalar ərərfəsində, hər an toqquşma ehtimalının yaşana biləcəyi vaxtda Fuad Muradov niyə istirahət götürüb?. Belə bir vaxtda istirahət götürmək, dövlətin hansı durumda olduğunu nəzərə almamaqdır, biganəlikdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev səsləndirib. Onun sözlərinə görə, işğalçı ölkənin diasporası az qala hər gün əleyhimizə bəyanat, əleyhimizə qətnamə qəbul etdirir, bizim diaspora sədri isə istirahətə gedir:

"Buna nə ad vermək olar? Hanı bizim media? Niyə susur? İndi hansısa məktəb müəlliməsinin rüşvət qalmaqalı ortaya çıxsa, görəcəksiniz sosial şəbəkələr dağılır, ekspertlər cuşa gəlib, qələm adamlarına bir təb gəlib ki, gəl görəsən. Niyə bu Muradovun haqqında bu qədər mediadan bir neçəsi yazmır və susur?".

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Anar Əliyev
Xəbəri paylaş