Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəxsin intihar həddinə çatmasına səbəb olan amillər hansılardır?

Şəxsin intihar həddinə çatmasına səbəb olan amillər hansılardır?


"İntiharlar barədə xəbərləri mütəmadi olaraq oxuyur, eşidirik. Şəxsin intihar həddinə çatması isə müxtəlif səbəblərdən ola bilər. Hüquq-mühafizə orqanları adətən belə hallarda araşdırma başladır və lazım gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açır. Əgər ortada günahkar varsa, intihar etmiş şəxsi o vəziyyətə çatdırdığına görə, məsuliyyətə cəlb edilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, lakin bəzən də iki vətəndaş arasında yaranan problemlər çərçivəsində biri digərini onun dediyini etməsə, özünü öldürəcəyi ilə şantaj edir:

"Ümumiyyətlə, bu cür hallar Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir. Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Əli İbrahimovun sözlərinə görə, əgər bu müddəada göstərilən hallar heç biri olmadan intihar, yaxud intihara cəhd baş veribsə, burada günah zərəçəkənin özündədir, başqa heç bir şəxs məsuliyyət daşımır. Şəxsi intihar edəcəyi ilə şantaj edənlər barəsində polisə ərizə yazaraq, məlumat vermək olar:

"Kimsə kimisə daim alçaltmırsa, amansız rəftar etmirsə, böhtan atmırsa, hədə-qorxu gəlmirsə, haqqında rüsvayedici məlumatlar yaymırsa, döymürsə və bununla belə qarşı tərəf yenə də onun dediyini etməsə, intihar edəcəyi ilə hədələyirsə, buna görə şantaj olunan şəxs heç bir məsuliyyət daşımır. O, sadəcə özünü sığortalamaq üçün polisə gedib məlumat verə bilər ki, qabaqlayıcı tədbirlər görülsün".

Anar Əliyev
Xəbəri paylaş