Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arayik mövcud reallıqları anlamağa başlayır -ÖZƏL

Arayik mövcud reallıqları anlamağa başlayır


Azərbaycanın prinsipial və haqlı mövqeyi nəticəsində artıq Qarabağdakı qeyri-qanuni erməni silahlıları və onların "liderləri" mövcud reallıqlarla barışmaq məcburiyyətində qalırlar. Elə siyasi analitiklər də bu qənaətdədirlər.

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, erməni separatçılarının lideri Araik Arutunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsində hazırki reallıqları anladığı aydınlaşır:

"Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etdirməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil".

Elxan Şahinoğlu deyib ki, Rusiya Ukraynada bataqlığın içərisindədir:

"Arutunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb. Bu Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir".

Anar Əliyev
Xəbəri paylaş