Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əmək müqaviləsi işçi tərəfindən hansı halda ləğv oluna bilər? -ÖZƏL

Əmək müqaviləsi işçi tərəfindən hansı halda ləğv oluna bilər?


Bir sıra hallarda işəgötürənlə işçi arasında imzalanmış əmək müqaviləsinin birtərəfli qaydada pozulması halına rast gəlinir. Son vaxtlar isə daha çox işçilər imzalanmış əmək müqaviləsini pozmağa üstünlük verirlər ki, bu da onlara daha sərfəli işin təqdim edilməsi ilə əlaqədar olur. Bəs görəsən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası hansı hallarda mümkün olur?

Newscenter.az xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova məsələyə aydınləq gətirib. O bildirib ki, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İşçi 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər:

“Ərizə verildiyi gündən 1 təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda - ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər”.

Vəfa Qədirova deyib ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər:

“Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur”.

İnqilab Süleymanov
Xəbəri paylaş