Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai nəzarətə bütün vətəndaşlar qoşulmalıdır -ÖZƏL

İctimai nəzarətə bütün vətəndaşlar qoşulmalıdır


Ölkədə baş verən bu və ya digər neqativ halların üzə çıxarılması, həmin problemlərin həllində ictimai nəzarətin mühüm rol oynayır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də dəfələrlə çıxışlarında bu məsələyə diqqət yetirərək vətəndaşların ictimai nəzarət prosesində fəal rol oynamasını vacib sayıb.

Newscenter.az-ın xəbərinə görə, ictimai fəal Elyar İslamoğlu deyir ki, ölkədə hər şeyin daha yaxşı olması üçün ictimai nəzarətə bütün vətəndaşlar qoşulmalıdır. Onun sözlərinə görə, baş verən xoşagəlməz hadisələr paylaşılanda qərəzli deyil, məlumat xarakterli və tənqid formasında edilməlidir:

"Neqativ hal olmayan qurum yoxdur, əsas bu neqativ halların həllinə birgə çalışmaqdır".

Anar Əliyev
Xəbəri paylaş