Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda işlədiyi fermadan 65 baş heyvan oğurlayan çoban saxlanılıb

İsmayıllıda işlədiyi fermadan 65 baş heyvan oğurlayan çoban saxlanılıb


İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb.

O, ifadəsində oğurladığı qoyunları 6500 manata satdığını və əldə etdiyi pulu Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş