Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın voleybolçularımız Sloveniyaya gedib

Qadın voleybolçularımız Sloveniyaya gedib


Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, komandamızı hava limanında federasiya rəsmiləri və əməkdaşları yola salıblar. Onlar voleybolçularımıza uğurlar arzulayıblar və xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, yığmamız bir həftə Sloveniyada təlim-məşq toplanışında olacaq. Hazırlıqlar çərçivəsində bir neçə yoxlama oyunu da keçiriləcək. Voleybolçularımız avqustun 15-də isə qrup oyunlarımızın baş tutacağı Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.

Oruc Niyazov
Xəbəri paylaş