Azərbaycanda növbəti dəfə tütün və tütün məmulatları, siqaretin qiymıtində artım qeydə alınıb. Bu kateqoriyadan olan mal və məhsullar arasında baş verən qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirirlər. Newscenter.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov siqaretin qiymətinin qalxmasını belə əlaqələndirib:
"Azərbaycanda inflyasiyanın hesablanma metodologiyasında 528 məhsul və xidmətdən istifadə edilir. Bu məhsullar arasında qiymətinin qalxmasına təəssüf etdiyim sonuncu məhsul siqaretdir. Çünki, siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayının azaldır. Bunu DSK və ÜST hesabatları təsdiqləyir".
O bildirib ki, hazırda isə bu qiymət artımının xüsusi və qeyri-adi bir səbəbi yoxdur:
"Səbəb sadədir: İnfilyasiya. Sadəcə 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artığı üçün nəzərə az çarpır. Amma siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də onun artlmı gündəlik və ya həftəlik olmur. Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır. Bir 4-5 aydan bir 10 -20 qəpik birdən artır. Bu isə bu günki rezonansı verir. Çünki, həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır. Hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur. Bu ildə belə olacağı şübhəsizdir".
İqtisadçı bildirib ki, il ərzində Azərbaycan təxminən 16 milyon dollardan çox ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub:
"Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib. Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır".
Anar Əliyev