Eko-qatarları idarə edən yeni nəsil peşəkar maşinistlər hazırlanır.
Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, ilin əvvəlindən yük və sərnişindaşımada peşəkar kadr ehtiyatının artırılması üçün təlimlər keçirilir. Bu müddət ərzində təlimlərə 71 maşinist köməkçisi qatılıb
Təlimi uğurla başa vuran iştirakçılar maşinist vəsiqəsi əldə edəcəklər. Bu təlimlər yük və sərnişin qatarları, eləcə də bütün növ lokomotivləri idarə etmək üçün bilik və bacarıqları əhatə edir.
R.Mehdiyeva