
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən dəmir yollarından təhlükəsiz keçid üçün Abşeron dairəvi xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, xətt üzrə 110 kilometr yol daş və metal torlarla çəpərlənib, 119 km uzunluğunda dəmir yolu xətləri isə əsaslı təmir olunub.
Bundan başqa elektrik təchizatı, rabitə və işarəvermə sistemləri təmir edilib.
R.Mehdiyeva