Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da Prezidentin diqqət mərkəzindədir

Azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da Prezidentin diqqət mərkəzindədir


"Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, Qazaxda su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, avtomobil yolları və mebel fabrikinin, Şəmkirdə məktəb-liseyin, Samuxda Mərkəzi Xəstəxana və uşaq musiqi məktəbinin yeni binalarının, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarını etməsi göstərdi ki, bizim üçün prinsipial məsələ olan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da möhtərəm Prezidentin diqqət mərkəzindədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəıhruz Məhərrəmov səsləndirib. Millət vıkilinin sözlərinə görə, məqsəd isə çox aydındır - uğurlu iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla ən azı paytaxt qədər bütün bölgələrimizdə də həyat səviyyəsi ilbəil yaxşılaşmalı, insanların yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalı, daha dəqiq desək, hər bir vətəndaş, o cümlədən paytaxdan kənarda yaşayanlar öz həyatlarında bu inkişafı hiss etməlidir:

"Bu mənada əminliklə demək olar ki, cənab İlham Əliyevin Qərb bölgəsinə səfəri həm də göstərmiş oldu ki, dövlət başçısı milli sosial rifah səviyyəsinin davamlı və bütün ölkə üzrə artmasını Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsinə çevirə bilib".

Anar Əliyev
Xəbəri paylaş