"Azərbaycanda demokratiyanı mənimsəmiş və onu real həyatında yaşadan siyasi müxalif lider və partiya yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Rəşad Quliyev səsləndirib. O bildirib ki, nə Əli Kərimlinin AXCP-si, nə Qubad İbadoğlunun ADR-i, nə Arif Hacılının Müsavatı buna sahibdir:
"Bizdə demokrat deyilən də elə fikir formalaşır ki, kimsə çox demokratiyadan danışırsa, mütləq o demokratdır. Azərbaycanda demokratiyadan ən çox danışan bir neçə nəfər var. Adlarını yuxarıda qeyd elədiyim şəxslərin isə nə özləri, nə də çevrəsində olanlar demokratiyadan xəbərdar deyillər və ümumiyyətlə bundan uzaq adamlardır. Məsələn partiyasının içində biri Əli Kərimlini tənqid etsin və ya fərqli fikir bildirsin görəcəksiz ki, elə Kərimlinin özünün tapşırığı ilə o adam necə "top"-a qoyulur".
Rəşad Quliyev deyib ki, Qubad İbadoğlu statusu haqqında mədəni rəy yazanları belə dostluqdan çıxardıb, özünü isə blok edirdi:
"İndi siz baxın bu adamın demokratiyaya "bağlılığına". Adam demokratiyadan min kilometrlərlə uzaqdır və hətta psixoloji durumu belə yerində deyil. Çünki siyasətçi fərqli düşüncə ilə yanaşan və onun fikirlərini normal, mədəni üslubda tənqid edən, yaxud razılaşmayan vətəndaşını niyə dostluqdan silib, özünü də blok etsin ki? Bu ya nervaloji ya da psixoloji durumun göstəricisidir".
Anar Əliyev