Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Büdcədən ayrılan 40 milyon manat hara xərclənib? -ÖZƏL

Büdcədən ayrılan 40 milyon manat hara xərclənib?


Diasporla İş üzrə Dövlət Komitəsinə son 5 il ərzində 40 milyon manat pul ayrılıb. Bəs görəsən sözügedən Komitə ayrılan vəsaitdən nə dərəcədə səmərəli istifadə edib?

Newscenter.az-ın xəbərinə görə, Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev deyib ki, ötən 5 il müddətdə sözügedən Komitə 40 milyon manatın qarşılığında ortaya heç bir samballı iş qoya bilməyib:

"Bu qədər vəsaitin aqibəti necə olub, bilən varmı? Kimə lazımdır dünyanın fərqli ölkələrində kiralanan ev-lər? Böyük ölçüdə özünü doğruldubmu? Xeyr.

40 milyona cavab verən iş ortaya qoyulubmu? 40 milyon deyil cəmi 10 milyona nələr görmək olardı. Necə layihələr maliyyələşdirmək olardı. Dünyanın bir sıra ölkələrindən iş adamlarını Diasporaya Dəstək Fonduna cəlb etmək olardı. Bunlar olunubmu?".

DAA rəhbəri qeyd edib ki, gülünc işlərlə deyil diaspora, lobbiçilik işi ilə məşğul olmaq lazımdır:

"Dolma, şəkərbura, paxlava diasporası dönəmi bitib, siz hələ ordasınız".

Anar Əliyev
Xəbəri paylaş