Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güney Azərbaycan Mədəniyyət və Sənət festivalı keçiriləcək -ÖZƏL

Güney Azərbaycan Mədəniyyət və Sənət festivalı keçiriləcək


Türkiyənin İzmir şəhərində gələn aydan etibarən Güney Azərbaycan Mədəniyyət və Sənət festivalına start veriləcək. Newscenter.az İzmirdə fəaliyyət göstərən Güney Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən bildirir ki, festival sentybarın 23-dən 30-dək davam edəcək.

Festival çərçivəsində İzmirdə Təbriz gecəsi, Güney Azərbaycan ədəbiyyatı və şer gecəsi, Urmu gecəsi, Güney Azərbaycan fotoqraflarının sərgisi və s. bu kimi mədəni-kütləvi tədbirlər təşkil ediləcək.

Qeyd edək ki, festivalın əsas təşkilatçısı İzmirdə fəaliyyət göstərən Güney Azərbaycan Mədəniyyət Mərkəzidir.

Anar Əliyev
Xəbəri paylaş