Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın beynəlxalq izolyasiyası yaxınlaşır -ÖZƏL

Rusiyanın beynəlxalq izolyasiyası yaxınlaşır


"Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna müharibəsi üzrə sülh konfransı Qərbin və Çinin eyni platformada çıxış etməsi ilə yadda qaldı. Məhz Ciddədə baş tutan Ukrayna sülh konfransında irəli sürülən sülh təklifinin bütün dövrlətlər tərəfindən qəbul edilməsi, Rusiyaya qarşı Çin daxil olmaqla siyasi koalisiyanın formalaşmasıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiyanın iştirakı olmadan belə bir konfransın keçirilməsi, yeni bir təzyiq formasıdır:

"Bu konfransda 40-a yaxın ölkənin iştirak etməsi, Rusiyanın beynəlxalq izolyasiyasıdir. Təbii ki, bu konfrans Ukraynaya siyasi dəstəyin verilməsi və prosesdə Çinin olması, Moskva üçün gözlənilməz oldu. V. Putin son aylarda Yaxın Şərq regionunda güclənməyə çalışır. Amma, bu konfransın ABŞ dəstəyi ilə Səudiyyə Ərəbistanında keçirilməsi Moskvanın regionda artan nüfuzunun qarşısını alacaq".

Mehman Mehdiyev
Xəbəri paylaş