Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2023/2024-cü tədris ilində BDU-da bakalavriatura səviyyəsinə qəbul planı artıb

2023/2024-cü tədris ilində BDU-da bakalavriatura səviyyəsinə qəbul planı artıb


Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində bakalavriatura səviyyəsinə 5660 plan yeri ayrılıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, onlardan 4390 yer Azərbaycan, 765 yer rus, 505 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 5351 yer olub.

Qeyd edək ki, BDU-nun bakalavriaturasında 16 fakültədə 75 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

2023/2024-cü tədris ilində BDU-da bakalavritura səviyyəsi üzrə 3 yeni ixtisas (Statistika, Meliorasiya mühəndisliyi, Muzey, arxiv işi və abidələrin qorunması) açılıb.

R.Mehdiyeva
Xəbəri paylaş