Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada iqtisadi böhran, hökumət uşaqlı ailələrin puluna möhtac qalıb -ÖZƏL

Almaniyada iqtisadi böhran, hökumət uşaqlı ailələrin puluna möhtac qalıb


Son vaxtlar çətin günlər keçirən Almaniya sözün həqiqi mənasında iqtisadi və maliyyə böhranı yaşayır.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, mövcud xoşagəlməz durum hökuməti əlavə tədbirlər görməyə vadar edib. Belə ki, hökumət yüksək gəliri olan uşaqlı ailələrə verilən “Valideyn müavinəti”ni ləğv etmək barədə düşünür.

Almaniyanın ailə naziri illik gəliri 150 min Avrodan çox olan cütlüklərə gələn ildən etibarən ödəniş edilməməsi tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, Almaniyada mövcud olan qanunlara görə, doğuşdan əvvəl və sonra işdən ara verən cütlərə 2-12 ay arasında xalis qazanclarının 65 faizi qədər, minimum 300, maksimum 1800 avro ödənilir.

Natiq Orucov
Xəbəri paylaş