Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Artıq hər şey uduzulub və bundan sonrakı fəaliyyət mənasızdır-SEPARATÇILARA İSMARIC -ÖZƏL

Artıq hər şey uduzulub və bundan sonrakı fəaliyyət mənasızdır-SEPARATÇILARA İSMARIC


"Separatçı qurum Qarabağ ərazisində məskunlaşmış soydaşlarının həyatlarını təhlükə altına atacaq addımlardan çəkinməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Azər Qasımovun sözlərinə görə, onlar Azərbaycanın bu mübarizədə qalib gəldiyi reallığı ilə barışmalı və Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməlidirlər:

"Hamı kimi onlar da yaxşı başa düşürlər ki, artıq hər şey uduzulub və bundan sonrakı fəaliyyət mənasızdır".

Politoloq hesab edir ki, Qarabağın erməni əhalisi əgər öz gələcəklərinə biganə deyildirlərsə, Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər:

"Onlar başa düşməlidirlər ki, bu yolla Qarabağ ərazisində öz yaşamlarını Azərbaycan vətəndaşı kimi sürdürə bilərlər. Əks halda onların Qarabağ ərazisində yaşamaları mümkün olmayacaq".

Anar Əliyev
Xəbəri paylaş