Yaponiyada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov səfər çərçivəsində Kioto şəhərində də olub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Aydın Kərimov özünün tvitter sosial şəbəkə hesabında paylaşıb. Məlumatda qeyd edilib ki, səfər zamanı xüsusi nümayəndə Kioto şəhərinin meri, eyni zamanda Dünyanın Tarixi Şəhərlər Liqasının prezidenti Daisaku Kadokava ilə görüşüb.
Anar Əliyev