Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında vəfat edib.
Newscenter.az təhsil ocağına istinadən bildirir ki, Cavanşir Qasımov 2003-ci ildən AzTU-da baş müəllim vəzifəsində çalışıb.
O, çoxsaylı elmi məqalə, metodik vəsait, dərs vəsaiti və fənn proqramının müəllifi olub.
AzTU-nun rəhbərliyi və kollektivi Cavanşir Qasımovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!
Anar Əliyev