Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Daha iki rayonda ictimai dinləmələr keçiriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” ilə əlaqədar Daşkəsən və Gədəbəy rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmələr Daşkəsən rayonunda avqustun 10-da saat 15:00-da Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Gədəbəy rayonunda isə avqustun 11-də saat 11:00-da Qazax-Tovuz Regional Məşğulluq Filialının Gədəbəy rayon xidmət şöbəsinin inzibati binasında keçiriləcək.

Sona
Xəbəri paylaş