Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Newscenter.az xəbər verir ki, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 48 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir.

R.Mehdiyeva
Xəbəri paylaş