Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan-Putin görüşünün məzmunu geniş, əhəmiyyəti yüksəkdir -ÖZƏL

Ərdoğan-Putin görüşünün məzmunu geniş, əhəmiyyəti yüksəkdir


"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçirilməsi gözlənilən görüşün məzmunu geniş, əhəmiyyəti yüksəkdir.
Maraqlı nünaslardan biri, Ukrayna prezidenti Zelnskinin Türkiyə səfərindən sonra Azov komandirlərinin Kiyevə ekstradisiya olunması və bundan Rusiya-Türkiyə əlaqələrində hiss olunan soyuqlaşmaya keçiriləcək görüşün hansı dərəcədə təsir edəcəyidir".

Bu fikirləri Newscenter-az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Ərdoğan-Putin görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, liderlərin müzakirə gündəliyi kifayət qədər zəngindir və bu genişaspektli mövzuların hər biri ona işarədir ki, görüş gərgin məcrada gedəcək:

"Təbi ki, müzakirə olunacaq mövzular arasında ilk ölkə sırada Ukraynada aparılan hərbi əməliyyatlar, münaqişənin həll yolları və müharibənin regional oyunçulara təsirləri yer alacaq və qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarının yenidən taxıl sazişinə qayıtması üçün cəhdlər edəcək. Aydındır ki, rəsmi Moskva Afrika qitəsinin ərzaqlıq buğdaya olan təlabatını özünün siyasi maraqları naminə maksimum dərəcədə istifadə etməyə çalışır və bir müddət öncə Rusiyada keçirilən Afrika sammiti bunun əyani nümayişidir. İndiki məqamda Ankara və Moskvanın qara qitə ilə bağlı maraqları bir çox istiqamətdə uzlaşdığı üçün (ən əsası Fransa mövzusu ətrafında) Ərdoğan və Putinin bu mövzu ilə əlaqədar razılığa gələcəyi gözləniləndir. Digər vacib mövzulardan biri də ənənəvi olaraq Azərbaycan-Ermənistan münasibətləri, Zəngəzur koridorunun açılması və hər iki dövlətin regional maraqlarının müzakirə olunmasıdır".

Pərviz Mirizadə deyib ki, Türkiyə regionda aktiv oyunçulardan biridir və prezident Ərdoğan NATO-nun Vilnusda keçirilən sammitində Rusiyanın sülhməramlı missiyası ilə bağlı ölkəsinin mövqeyini açıq şəkildə vurğuladı:

"Ankara Moskvaya 2025-ci ildən sonra qüvvələrin bölgədən çıxarılması üçün təzyiqlərni davam etdirir. Digər maraqlı mövzu hər iki liderin Suriya böhranı ətrafında aparacağı danışıqlardır. Moskva və Ankara ABŞ-ın Suriyada həyata keçirdiyi fəaliyyətdən, onların terror qruplaşmalarına dəstəyindən narahatdır və hər iki ölkə Vaşinqtonun bölgədən çıxarılmasında maraqlıdır. Türkiyə üçün narahat verici məqamlardan biri də İranın Suriyada mövcud varlığıdır".

Anar Əliyev
Xəbəri paylaş