Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanla-Putin arasında görüşün səmərəli keçəcəyinə optimist yanaşmıram-POLİTOLOQ -ÖZƏL

Ərdoğanla-Putin arasında görüşün səmərəli keçəcəyinə optimist yanaşmıram-POLİTOLOQ


"Ərdoğanla Putin arasında görüşün səmərəli keçəcəyinə bir o qədər də optimist yanaşmıram. Çünki hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgindir, taxıl sazişi ilə bağlı hələ ki, irəliləyiş gözlənilmir, Türkiyənin Ukraynaya son dəstək addımları Rusiya siyasi rəhbərliyində narazılıq yaradıb".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Rusiyanın cəbhədə itkilərinin çox olması onu daha çox müdafiə mövqeyinə çəkilməyə məcbur edib:

"İndi Rusiya daha çox taxıl sazişini dondurmaq və digər bölgələrdə yenidən qaynar nöqtələri alovlandırmaqla Qərbin güzəştinə nail olmağa çalışır. Rusiya bu məsələlərdə öz xeyrinə real nəticə əldə etməyənə qədər düşünürəm ki, gərginlik davam edəcək və hər hansı irəliləyiş labüd görünmür. Bu baxımdan qarşıdakı görüşün hər hansı nəticə ilə yekunlaşacağını ehtimal etmirəm".

Politoloq qeyd edib ki, Rusiyada daxili iqtisadi vəziyyət daha da gərginləşdikcə bu ölkə daha radikal addımlar ata bilər.

Anar Əliyev
Xəbəri paylaş