Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"İnterpol" Afrikada əməliyyat keçirdi, 103 nəfər saxlanıldı -ÖZƏL

"İnterpol" Afrikada əməliyyat keçirdi, 103 nəfər saxlanıldı


"İnterpol" tərəfindən Qərbi Afrikada mütəşəkkil cinayət qruplarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyat zamanı 103 nəfər saxlanılıb, 2 milyon avrodan çox pul ələ keçirilib.

Təşkilatın yaydığı açıqlamaya görə, əməliyyat Qərbi Afrikada kredit kartı fırıldaqçılığı, çirkli pulların yuyulması, e-poçt və miras fırıldaqçılığı ilə məşğul olan Nigeriya mərkəzli Qara Balta (Qara Balta) kimi bir çox mütəşəkkil cinayət qruplara qarşı keçirilib. Əməliyyatın şərti adı "Çaqqal" olub.

Qeyd edək ki, keçən il "Çaqqal" adlı əməliyyat zamanı təşkilat tərəfindən 1,2 milyon avro ələ keçirilib, 75 nəfər saxlanılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş