Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Qafandakı konsulluğu Azərbaycana qarşı hərbi kəşfiyyatla məşğuldur -ÖZƏL

İranın Qafandakı konsulluğu Azərbaycana qarşı hərbi kəşfiyyatla məşğuldur


Ermənistandan Qarabağa qanunsuz keçmək üçün Laçın Nəzarət Buraxılış Məntəqəsinə göndərilən yük maşınlarının bir neçəsi İranın Ermənistandakı şirkətinə məxsusdur və həmin şirkət tərəfindən həyata keçirilib.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, prosesi İranın Ermənistandaki səfirliyi koordinasiya edir:

"İrandan göndərilən yüklər Ermənistan nömrəsi ilə Azərbaycan ərazisinə qanunsuz daxil olmaq üçün sərhəddə gözləyir. İran rejimi bununla Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır".

Politoloq deyib ki, İran rejimi Ermənistana dəstək verməklə, böhranın davam etməsində maraqlıdır:

"İranın Qafandakı konsulluğu Azərbaycana qarşı hərbi kəşfiyyatla məşğul olur və burada humanitar yük şousunun təşkil edilməsində əsas mərkəz funksiyasını daşıyır".
Xəbəri paylaş