Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsti hava Cənubi Koreyada 27 can aldı -ÖZƏL

İsti hava Cənubi Koreyada 27 can aldı


Havaların ksəkin şəkildə isti keçməsi Cənubi Koreyada 27 nəfərin ölümünə səbəb olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yayıb.

Məlumatda bildirilir ki, ölkədə hökm sürən osti hava şəraiti əksər bölgələrdə 38 dərəcəyə qədər qalxıb. Bu göstərici 2018-ci ildən sonra ən yüksək hesab olunur. Belə ki, 2018-ci ildə hökm sürən kəskin istilər nəticəsində 48 nəfər dünyasını dəyişib.

Həddən artıq isti və günvurmadan xəstəxanaya müraciət edənlərin sayı isə 2058 nəfər olub.

Mehman Mehdiyev
Xəbəri paylaş