Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kibertəhlükəsizlik mütəxəssislərindən turistlərə XƏBƏRDARLIQ

Kibertəhlükəsizlik mütəxəssislərindən turistlərə XƏBƏRDARLIQ


Yayda, tətil mövsümünün qızğın vaxtında insanların tətilə getmək arzusunu özləri üçün qazanclı fürsətə çevirmək istəyən təcavüzkarlar daha da fəallaşırlar. "Kaspersky" mütəxəssisləri bu sahədə onlayn fırıldaqçılığın üç əsas vektorunu müəyyən ediblər.

Newscenter.az xəbər verir ki, bilet saxtakarlığı. Mütəxəssislər müxtəlif aviaşirkətlərin vebsaytlarını və bilet aqreqatorlarını təqlid edən çoxlu saxta səhifələr qeydə alırlar. Onlardan bəziləri hətta qanuni aqreqatorlara axtarış sorğuları göndərməklə və alınan məlumatları təqdim etməklə real uçuş haqqında məlumatları göstərə bilər. Bununla belə, saxta resursları ziyarət edənlər əsl biletləri əldə etmirlər. Təcavüzkarların məqsədi pul oğurlamaq və başqalarının şəxsi məlumatlarını öz məqsədləri üçün istifadə etmək, məsələn, onları qaranlıq internetdə (darkweb) satmaqdır.

Qonaqlama saxtakarlığı. Səfərin planlaşdırılmasında mühüm mərhələlərdən qonaqlama üçün məkan tapmaqdır, ona görə də fırıldaqçılığın ən geniş yayılmış üsullarından biri ev və mənzillərin kirayəsi ilə bağlı saxta onlayn təkliflərdir. Fırıldaqçılar məşhur platformalarda cəlbedici reklamlar yaradır, cəlbedici fotolar və aşağı qiymətlərlə səyahətçiləri tələyə salırlar. Lakin bron edib ödənişi edəndən sonra məlum olur ki, bütün bu əməliyyat saxta imiş.

Qonaqlama fırıldaqlarının başqa bir növü otel rezervasiyası ilə bağlıdır. Fırıldaqçılar real otel bronlaşdırma platformalarını təqlid edən saxta internet saytları yaradırlar. Tez-tez belə saytlarda istifadəçilərə mövcud hesabları vasitəsilə giriş etmək təklif olunur. Nəticədə fırıldaqçılar qurbanların sosial media və ya e-poçt hesablarına icazəsiz giriş əldə edir və bu yolla şəxsi məlumatları oğurlayırlar.

Sorğu fırıldaqçılığı. Fırıldaqçılar dələduzluq səhifələri yaradır və ya səyahət sorğusunda iştirak etməyi və mükafat almağı təklif edən e-poçtlar göndərirlər. Belə sxemlərdə kartlar insanların asan pul və ya bir növ hədiyyə almaq istəyi üzərinə oynanılır. Amma onların ən əsas hədəfi şəxsi məlumatların - ad, soyad, ünvan, telefon nömrəsi, maliyyə məlumatları və s.nin ələ keçirilməsidir. Bu sxemin qurbanları mükafat əldə etmirlər və onların fırıldaqçılarla paylaşdıqları məlumatlar, məsələn, şəxsi məlumatlar və ya pulları oğurlamaq üçün istifadə edilə bilər. Bundan əlavə, sorğunun sonunda, adətən, sorğu haqqında məlumatı dostları ilə bölüşmək təklif olunur ki, onlar da mükafat ala bilsinlər, yəni təcavüzkarlar eyni zamanda saxta resursları daha geniş qurban şəbəkəsi arasında yaymaq istəyirər.
Bu cür saytların müəyyən edilməsi və bloklanması üzrə işlərin davam etməsinə baxmayaraq, "Kaspersky" mütəxəssisləri qorunmaq üçün aşağıdakı addımları atmağı tövsiyə edirlər:

• müsbət reputasiyalı saytları digərlərinə dəyişməyin: biletləri bron edərkən etibarlı və tanınmış bron platformalarından, aviaşirkət və otel saytlarından istifadə edin;
• inanılmaz dərəcədə aşağı qiymətlər təklif edən və ya sizdən həddindən artıq şəxsi məlumat daxil etməyi tələb edən naməlum və ya şübhəli saytlardan uzaq durun;
• saytın həqiqiliyini yoxlayın: hər hansı əməliyyat etməzdən və ya şəxsi məlumatları təqdim etməzdən əvvəl saytın URL-sini təhlükəsiz bağlantı üçün təkrar-təkrar yoxlayın, məlumatlarınızı yazı xətası və ya qeyri-adi domen adları olan saytlara daxil etməyin;
• nüfuzlu mənbələrdən rəyləri oxuyun və xidmətlərindən istifadə etməyi planlaşdırdığınız qonaqlama məkanları, aviaşirkətlər və səyahət agentlikləri haqqında məlumatları diqqətlə öyrənin;
• bütün cihazlarda, məsələn, Kaspersky kimi onlayn fırıldaqçılıq və fişinqdən qoruyan etibarlı təhlükəsizlik həllindən istifadə edin.

Sona
Xəbəri paylaş