Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəticəsiz görüş naminə görüş praktikası gec-tez dalana dirənməlidir -ÖZƏL

Nəticəsiz görüş naminə görüş praktikası gec-tez dalana dirənməlidir


Ən son Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü barədə nə Vaşinqton, nə Moskva, nə də Brüsseldən heç bir təşəbbüs göstərilmir. Bəs görəsən bunun səbəbi nədir?

Newscenter.az-a məsələ ilə bağlı açıqlama verən politoloq Azər Qasımov deyib ki, görüşlər trekində durğunluq olacağı bəlli idi:

"Məsələ ondadır ki, nəticəsiz görüş naminə görüş praktikası gec-tez dalana dirənməlidir. Ən azı Azərbaycan tərəfi bu praktikaya son verəcək. Hazırda bu treklərin dalana dirənməsi üçün azacıq da olsa vaxt var. Vaşinqton hələlik öz nümayəndəsini tərəflərin yanına göndərməklə yerində aydınlaşdlrmalar aparır. Moskvanın zatən belə bir dərdi yoxdur ki, tərəflər sülh bağlasın deyə addımlar atsın. Ona görə Moskva üçün hər şey yolunda gedir".

Politoloq hesab edir ki, gələn aydan təmaslar yenidən dirçələ bilər:

"Məsələ ondadır ki, danışıqlar səngiyən kimi müharibə ritorikası hər iki tərəfdə əsası olub-olmamasından asılı olmayaraq artır, hətta sentyabrda müharibə gözlənilir kimi proqnozlara səbəb olur. Bu da Vaşinqton və Brüssel trekində narahatlıq yaradır. Moskva zatən digər iki trekin arxasınca sürünməklə məşğuldur və imitasiya ilə məşğuldur. Bu baxımdan, Azərbaycan danışıq xatinə danışıq praktikasını ilin axırına kimi aparacaq xəbərdarlıqları edir. Sonra isə Azərbaycan öz bildiyi kimi məsələni güc yolu ilə edəcək. Azərbaycanın bir neçə on il danışıq aparmaq üçün vaxtı yoxdur. Ermənistan sürünməklə, gələcək plansız yaşaya bilir. Azərbaycanın isə daha böyük planları var. Bunları həyata keçirmək üçün Qarabağ məsələsi bağlanmalıdır".

Anar Əliyev
Xəbəri paylaş