Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan Şimali Kipr qərarı -ÖZƏL

Rusiyadan Şimali Kipr qərarı


Rusiyanın yaxın vaxtlarda Şimali Kipr Türk Respublikasında konsulluq xidməti fəaliyyətə başlaya bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi bu barədə məlumat verib. Xəbərdə qeyd edilir ki, Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiyanın şimal hissəsində yaxın vaxtlarda konsulluq xidmətləri fəaliyyətə başlayacaq.

Rusiyanın Cənubi Kiprdəki səfiri isə mövzu ilə bağlı bildirib ki, Kiprin şimal hissəsində (ŞKTC-də) konsulluq xidmətlərinin göstərilməsi qərarının heç bir siyasi mənası yoxdur və bu qərar Şimali Kiprdəki rusların tələbatına uyğun olaraq verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş