Şimali İrlandiyada skandal yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hələlik məlum olmayan səbəblərdən bütün polis məmurlarının və digər işçi heyətinin adları, çalışdıqları polis orqanları və vəzifələri paylaşılıb.
Şimali İrlandiya Polis Xidmətinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, İnformasiya Azadlığı (FOI) sorğusuna cavab olaraq hər bir polis məmuru və personalının soyadı, adı, iş yeri və şöbəsi səhvən paylaşılıb. Məlumatlar təxminın 2,5-3,5 saat açıq qalıb.
Şimali İrlandiya polis rəisinin müavini Chris Todd, 2,5-3,5 saat ərzində məlumatları ictimaiyyətə açıqlanan həmkarlarından üzr istəyib və sözügedən təhlükəsizlik pozuntusunun “üzücü” olduğunu vurğulayıb. O, oxşar səhvin təkrarlanmaması üçün lazımi addımların atıldığını deyib.
Anar Əliyev