Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yollarının sərnişin sayı artıb -ÖZƏL

Türk Hava Yollarının sərnişin sayı artıb


Türk Hava Yollarının (THY) ümumi sərnişin sayında artım qeydə alınıb. Newscenter.az şirkətə istinadən xəbər verir ki, bu ilin iyul ayında THY-nin sərnişin sayı 8,6 milyona çatıb. Keçən ilin müvafiq dövründə isə bu rəqəm 7,9 milyon nəfər təşkil edib. Bu da cari ilin eyni dövründə 9 faiz artım deməkdir.

THY-nin verdiyi açıqlamaya görə, 2022-ci ilin iyul ayında beynəlxalq uçuşlar və transfer səfərləri zamanı sərnişin sayı 2,4 milyon təşkil etdiyi halda, 2023-cü ilin eyni dövründə yüzdə 11,6 artaraq 2,7 milyona çatıb.

THY-nin yükdaşımalarında isə azalma qeydə alınıb. Berlə ki, daşınan yük-poçt 2022-ci ilin iyul ayında 146 min ton olduğu halda, 2023-cü ilin eyni dövründə yüzdə 2,4 azalaraq 142,5 min ton olaraq qeydə alınıb.

Mehman Mehdiyev
Xəbəri paylaş