Təxminən 2 aylıq fasilədən sonra Türkiyə Milli Təhlükəsizlik Şurası yenidən toplanacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq toplantı prezidentin Beştəpədəki rezidensiyasında keçiriləcək.
İclasda əsasən, terrorla mübarizədə son durum, ölkə sərhədi daxilində və ondan kənarda həyata keçirilən əməliyyatlar barədə məlumat veriləcək, Suriyadakı hadisələr müzakirə olunacaq.
Türkiyə Milli Təhlükəsizlik Şurası həmçinin. Qara dəniz taxıl dəhlizi məsələsini də müzakirə edəcək. Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət də masadakı mövzular arasında olacaq.
Mehman Mehdiyev