Beynəlxalq Dil və İmtahan Mərkəzi (AMD) Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin tərəfdaşlığı ilə birgə tədbir keirəcək.
Newscenter.az Mərkəzə istinadən bildirir ki, tədbir avqustun 16-da baş tutacaq.
Görüşdə AMD cəmiyyətinin Almaniyada və Azərbaycan səhiyyəsindəki fəaliyyət istiqamətləri, Almaniyada rezidentura təhsili, bunun üçün lazım olan alman dili şərtləri və vacib sənədlərin hazırlanması, təhsilini başa vurmuş həkim mütəxəssislərin Azərbaycanda iş imkanları, eləcə də tələbə, həkim və rezidentləri maraqlandıran digər suallarla bağlı ətraflı məlumatlar veriləcək.
Anar Əliyev