"İran rejimi nə qədər Azərbaycan əleyhinə fəaliyyət aparsa da, əslində, özündən qorxur. İran rejimi yaxşı başa düşür ki, Azərbaycan əleyhinə açıq fəaliyyət gec-tez onun özünə qarşı çevriləcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan hələ ki, İranın daxili işlərinə qarışmır, amma İranın yarısının Azərbaycan türkləri olduğu gerçəyini xatırlatmağa da ehtiyac yoxdur:
"Azərbaycan istəyəcəyi halda İranın parçalanması prosesini başlamaq asan bir işdir. İranın fars molla rejiminin başına bombalar tökülməsinin Azərbaycan dəfələrlə qarşısını alıb. İsrail Azərbaycanın bir sözünə bənddir ki, İran rejiminin hərbi və kəşfiyyat obyektlərinin daşını daş üstündə qoymasın. Azərbaycan sadəcə buna öz ərazisindən istifadə etməsinə icazə vermir".
Politoloq deyib ki İran da bundan nəticə çıxarmalıdır:
"Azərbaycanla düşmənçilik etmə səbəblərini bilirik, amma nə qədər ağılsız da olsalar, ilk növbədə öz təhlükəsizliklərini nəzərə almalıdırlar. Amerika belə İranla böyük sərhəddi olduğunu xatırladıb, Azərbaycana hərbi dəstəkdən danışır. Təbii ki, Amerika İranın parçalanmasını istəmir. Amerikanın dərdi rejimi təzyiq altında saxlamaqdır".
Anar Əliyev