Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub -ÖZƏL

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub


Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsiz olub.

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, həyata keçirilən siyasətdən danışan hüquqşünas Əli İbrahimov deyib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir:

“Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir”.

Anar Əliyev
Xəbəri paylaş