Banqladeşin cənub şərqini cənginə alan musson yağışları və sel aralarında uşaqların da olduğu 29 nəfərin ölümünə səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkə rəsmiləri təbii fəlakət nəticəsində 11 nəfərin itkin düşdüyünü bildiriblər. Ümumulikdə isə təbii fəlakət 480 min nəfərə zərər vurub, onların mənzil və təsərrüfat sahəsi, iş yerlərinə ziyan vurub. Rəsmilər musson yağşlar və daşqınlardan ölkənin 128 min dollar ziyana düşdüyünü ifadə ediblər.
Daşqınların məruz qaldığı ərazilərdə xilasetmə tədbirləri davam edir.
Mehman Mehdiyev