Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bodrum, yay tətili axtarışında olan turistləri qarşılamağı gözləyir

Bodrum, yay tətili axtarışında olan turistləri qarşılamağı gözləyir


Türkiyədə yay tətili deyildikdə ağla gələn ən ilhamverici yerlərdən biri, Muğlanın Aralıq və Egey dənizlərinin qovşağında yerləşən füsunkar şəhəri Bodrumdur. Möhtəşəm mənzərəsi, eləcə də təbii və tarixi cazibə mərkəzləri ilə hər il milyonlarla ziyarətçini qarşılayan Bodrum, gözqamaşdıran dəbdəbə ilə türk xalqlarına xas sakit həyat tərzinin birləşməsini təklif edir.

Newscenter.az xəbər verir ki, Bodrumun parlaq və dünya üzrə məşhur gecə həyatı, gözəl marinaları, mavi kruizdən suya dalışa qədər uzanan unikal təcrübələri bütün səyahət gözləntilərinizi qarşılaya biləcək sonsuz müxtəliflik təklif edir. Bundan əlavə, bölgədəki restoranlar türk və dünya mətbəxinin görkəmli nümunələrini təqdim edir. Bu ilin noyabr ayında Michelin Guide-nin ən yeni üzvü olacaq bu destinasiyanın unikal təcrübələrini sizin üçün topladıq.

Firuzəyi sularda qeyri-adi macəralar

Möhtəşəm meşəlik koylar, qızılı qumlar, Mavi Bayraqlı çimərliklər və təmiz sular Bodrumu digərlərindən fərqləndirən xüsusiyyətlərdən yalnız bir neçəsidir. Bu mənzərəli rayonun hər bir yolu sizi gözəl bir koya çıxarır. Bodrumun Gümbet, Bitez və Türkbükü kimi məşhur çimərliklərində günəşdən və gözəl havadan həzz alarkən, bölgənin çoxsaylı çimərlik klublarından birində su macəralarınızı tamamlaya bilərsiniz. Türkiyədə mavi kruiz konseptinin doğulduğu yer olan Bodrum hər il saysız-hesabsız dənizçini bənzərsiz türk guletlərində və göz qamaşdıran firuzəyi körfəzlərdə süzülən yaxtalarda qəbul edir. Gümüşlük, Bitez, Yalıkavak, Aspat, Cennet və Iassos körfəzi mavi səfərlər üçün ən məşhur körfəzlər arasındadır. Siz də gəminizi Bodrumun möhtəşəm marinalarından birində yanaşdırıb şəhərdən həzz ala bilərsiniz.

Lüks qonaqlama seçimləri

Dünya səviyyəsində beşulduzlu qonaqpərvərlik və özünüzü xüsusi hiss etdirən premium qanaqlama variantları Bodrumun bir çox cazibədar yerlərinin başındadır. Böyük beynəlxalq otellərdən Türk otel şəbəkələrinə və butik otellərdən dəbdəbəli kurortlara qədər Bodrum unikal qonaqlama qabiliyyətinə malikdir. Müasir müəssisələr, VIP xidmətlər, spa, özəl çimərlik və hovuzlar, həmçinin imtiyazlı otel xidmətləri ilə təchiz olunmuş Bodrum otellərində müasir və rahat qonaqlama öz ziyarətçilərini gözləyir. Bundan əlavə, dünyaca məşhur bir çox restoran Bodrumun lüks otellərində yerləşir.

Türkegey’in ləzzət dayanacağı

Bölgənin zəngin və ləzzətli kulinariya mədəniyyəti sayəsində Bodrum türk mətbəxinin bolluğunu süfrəsinə əks etdirir. Bodrum təzə otlar, dəniz məhsulları və Egey ləzzətləri təqdim edən orijinal və dünya mətbəxinin ən yaxşı nümunələrini təqdim edən restoranları ilə tanınır. Bodrum, İzmirlə birlikdə köklü Egey və Aralıq dənizi mətbəxi ilə bu il Michelin Guide-ın Türkiyə xəritəsində ən yeni destinasiyalardan biri olacaq. 9 Noyabr 2023-cü ildə Bodrumun Michelin ulduzlu restoranları İstanbulda keçiriləcək xüsusi mərasimlə açıqlanacaq. Seçimdəki restoranlardan birində nahar edərək, Bodrumun nəfəs kəsən gün batımları ilə müşayiət olunan unikal Michelin təcrübəsini yaşaya bilərsiniz.

Keçmişin möhtəşəm xarabalıqları ilə tarixə səyahət

Bodrum möhtəşəm xarabalıqları və tarix qoxan dar küçələri ilə açıq səma altındakı bir muzeyi xatırladan sehrli destinasiyadır. Kristal suları, gözəl çimərlikləri və tarixi layları ilə şəhər öz ziyarətçilərinə unudulmaz kəşfiyyat imkanları təqdim edir. Bodrum Kariya, Fars, Yunan, Roma, Şərqi Roma və Osmanlı imperiyaları kimi müxtəlif sivilizasiyaların şahidi olmuşdur. Şəhərdə bu dövrlərə aid mühüm qalıqlara rast gəlmək olar. 15-ci əsrdə Rodos Cəngavərləri tərəfindən inşa edilən Bodrum qalası və qalada yerləşən Bodrum Sualtı Muzeyi Bodrumun tarixi dəyərini üzə çıxaran yerlərdir. 1995-ci ildə Avropada İlin Muzeyi Mükafatını qazanan Muzeydə Türkiyədə aşkar edilən gəmi qalıqları da daxil olmaqla bir çox əsəri görmək olar. Bundan əlavə, Bodrumda Qədim Dünyanın Yeddi Möcüzəsindən biri sayılan Halikarnas Mavzoleyinin xarabalıqları mütləq görülməli yerlər arasındadır.

R.Mehdiyeva
Xəbəri paylaş