"Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun yeni Koordinasiya Şuraları və Azərbaycan evləri laiyihələri fiaskoya uğrayıb. Bunun adı fiaskodur və başqa adı yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev səsləndirib. Onun sözlərinə görə, erməni diasporu və lobbisi Azərbaycana qarşı savaş açdığı bir halda, DİDK-in yaratmış olduğu sözügedən qurumlar tamamilə fəaliyyətsizdir:
" Az qala hər gün Prezidentin köməkçisi Hikmət Hacıyev müxtəlif xarici KİV-lərə açıqlamalar verərək erməni yalanlarını ifşa etməklə məşğuldur. Bunu təkcə Hikmət Hacıyevmi etməlidir? Harada qalıb 40 milyon AZN büdcə xərclənən Koordinasiya Şuraları və Azərbaycan evləri? Niyə bu təşkilatlar səalərini çıxara bilmirlər?".
Anar Əliyev