Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Humanitar yük" şousu danışıqlar prosesinə mane olur -ÖZƏL

"Humanitar yük" şousu danışıqlar prosesinə mane olur


"Ermənistan tərəfindən "humanitar yük" şousunun davam etməsi danışıqlar prosesinə mane olur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Rusiya prosesi pozur və nəticədə iki ölkə arasında mümkün sülh danışıqları təxirə salınır:

"Qeyd edim ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərində Ermənistan Azərbaycan məsələsi və Qarabağda Rusiyanın fəaliyyəti müzakirə ediləcək. Türkiyə bu məsələdə Rusiyaya güzəştə getməyəcək. Rusiya reinteqrasiya prosesinə mane olur. Silahli erməni birləşmələrinin çıxarılmasına imkan vermir. Bu da Ankaranı narahat edir".

Politoloq deyib ki, Rusiya və Türkiyə arasında Qarabağda silahli erməni birləşmələrinin çıxarılması və reinteqrasiya məsələləri müzakirə ediləcək:

"Düşünürəm ki, Rusiya güzəştə getməyəcək. Nəticədə Türkiyə və Azərbaycan təzyiq siyasətinə keçəcək. Növbəti mərhələdə Azərbaycanın anti-terror əməliyyatlarının keçirilməsi gündəliyə gələ bilər".

Anar Əliyev
Xəbəri paylaş