Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran şiəliyi və Vatikan katolik ideologiyasının dərin tarixi köklərə bağlılığı -ÖZƏL

İran şiəliyi və Vatikan katolik ideologiyasının dərin tarixi köklərə bağlılığı


"İran şiəliyinın və Vatikan katolik ideologiyasının çox dərin və tarixi köklərə əsaslanan oxşarlıqları var".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, XVI əsrlərin əvəlində Vatikan Osmanlı turklərinə qarşı bir ideologiya qurur və onun əsasında Səfəvilər dövlətinin yaradılmasina maddi və mənəvi dəstək olur:

"Sırf geosiyasət üzərindən qurulmuş və Osmanlı türklərinə qarşı işləyən bir cərəyan qurulub. Katolik kilsəsinin əsas prinsipləri və Iran şiəliyinin bazis prinsipləri eynidir. Katolik portalı Crux qeyd edir ki, İran şiələri onların tarixi muttəfiqləridir".

Politoloq deyib ki, katoliklərin və İran şiəliyinin eyni prinsipləri var:

"Birincisi, 12 apostol, 12 imam. İmamların masumiyət inancı Katolik kökənlidir.

İkincisi, İnsanla İlahinin arasında mütləq vasitəçi olmaq, bu həm katoliklərdə var, həm də İran şiəliyində (ağalar, ayəttulah və s).

Üçüncüsü, Əzadarlıq, özünə ziyan vurmaq həm katoliklərdə var, həm İran şiəliyində. Meksikada, Filippində, İspaniyada Aşura yuruşlərinə bənzər yürüşlər var.

Dördüncüsü, Katoliklərə görə İsa öldükdən sonra dirilib qeybə çəkilib, vaxtı çatanda qayıdacaq. İran şiəliyinə görə isə 12-ci imam qeybə çəkilib, vaxtı çatanda gələcək.

Beşincisi, İnsanların rəsmlərinin cəkilməsi həm katoliklərdə, həm İran şiəliyində var.

Altıncısı, Müqqədəs pirlər həm katoliklərdə, həm İran şiəliyində var. İnsanlara müqəddəslik adı verilməsi həm katoliklərdə, həm İran şiəliyində var (Tereza, Ət aga, seyidlər və s).

Yeddincisi, Bütün əzadarlıqların əsas təməlində katoliklərin həzrəti İsanın zülmlə öldürülməsinin, İran şiələrində həzrəti Huseynin öldürülməsinə həsr olunmüş mərasimlərin bənzərliyi və onların acılarını seremonyal təkrarlandırılmasından qaynaqlanır".

Anar Əliyev
Xəbəri paylaş