Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşəgötürən tərəfindən əmək müqaviləsi hansı halda ləğv edilə bilər? -ÖZƏL

İşəgötürən tərəfindən əmək müqaviləsi hansı halda ləğv edilə bilər?


Son vaxtlar işəgötürənlərin heç bir səbəb olmadan işçi ilə əmək müqaviləsini ləğv etməsi kimi xoşagəlməz hallara rast gəlinir. Bu da bir çox hallarda məsələnin məhkəmə yolu ilə həllinə qədər gedib çıxır. Bəs görəsən işəgötürən hansı halda işçi ilə əmək müqaviləsini ləğv edə bilər?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilir.

"Bundan başqa sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda da işəgötürən tərəfindən əmək müqaviləsi ləğv oluna bilər".

İnqilab Süleymanov
Xəbəri paylaş