Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs inzibati məsuliyyətə cəlb edilir -ÖZƏL

Nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs inzibati məsuliyyətə cəlb edilir


Bir çox insan hesab edir ki, ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin birgə mülkiyyətçiləri olması, nəqliyyat vasitəsinin idarə olunması zamanı etibarnamənin tələb edilməsini istisna edir və maşını idarə edən şəxsdən etibarnamə tələb oluna bilməz.

Newscenter.az Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirovaya istinadən bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs inzibati məsuliyyətə cəlb edilir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli qərarına əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) inzibati məsuliyyətə səbəb olur.

İnqilab Süleymanov
Xəbəri paylaş