Cənubi Koreyada bir neçə gündür davam edən şiddətli “Xanun” qasırğası bir çox ərazilərdə daşqın və torpaq sürüşməsinə səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu üzdən 10 mindən artıq insan təhlükəli yerlərdən təxliyə edilib.
Məlumata görə, qasırğa daha çox ölkənin cənub-şərq sahillərində yerləşən şəhərlərə, eləcə də cənub və şimal sahillərinə ciddi fəsad yetirib.
Əlverişsiz hava şəraiti ölkədə təyyarə reyslərinin də təxirə salınmasına səbəb olub. Belə ki, qasırğa ölkənin 14 hava limanında 355 reysin ləğvinə gətirib çıxarıb. Eyni zamanda qasırğa səbəbindən 412 qatar reysi də ləğv edilib,
Rəsmilər 10 641 nəfərin sığınacaqlara təxliyə edildiyini, 1579 məktəbdə təhsilin dayandırıldığını və ya təhsilin onlayn keçiriləcəyini bildirib.
Mehman Mehdiyev